Portuqaliya yığmasının kapitanı və Səudiyyə Ərəbistanının “Əl-Nəsr” klubunun 40 yaşlı hücumçusu Kriştiano Ronaldo 2026-cı il Dünya Çempionatında iştirak edəcək.
Medialive xəbər verir ki, bu barədə futbolçunun özü açıqlama verib.
“Bəli, doğrudur, gələn il keçiriləcək dünya çempionatı mənim karyeramın sonuncu hissəsi olacaq. Mən sadəcə bu anın həzzini yaşayacağam” – deyə o, Səudiyyə Ərəbistanında keçirilən turizm forumunda danışıb.
Qeyd edək ki, 2026-cı il Dünya Çempionatı iyunun 11-dən iyulun 19-dək ABŞ, Kanada və Meksikada keçiriləcək.
Turnirdə ilk dəfə olaraq 48 komanda iştirak edəcək.




















