Məşhur qəhvə şəbəkəsi Roasters-in Dubaydakı filialında bir fincanı 2500 BƏƏ dirhəmə satılan xüsusi qəhvə Ginnesin Rekordlar Kitabına düşüb.
Medialive xarici mediaya istinadən xəbər verir ki, fərqli dadı ilə seçilən qəhvə qiymətinə görə diqqət çəkib.
Ginnesin Rekordlar Kitabının rəsmi saytına görə, bu qəhvə Panamadakı Hacienda La Esmeralda fermasında yetişdirilən “Geisha” sort ərəb toxumundan hazırlanıb. V60 dəmləmə üsulu ilə hazırlanan qəhvə xüsusi yapon kristal stəkanlarında verilirdi.
Tədbir zamanı kafedə Ginnes rəsmiləri də olub və tarixi rekord qıran anın şahidi olublar.




















