• Haqqımızda
  • Əlaqə
  • Media Kodeksi
Medialive.az
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Hadisə
  • İqtisadiyyat
  • Kriminal
  • Mədəniyyət
  • İdman
  • İlham Əliyev
  • Digər
    • Deputatlar
    • Maqazin
    • İKT
    • Maraqlı
    • Hərbi
    • Media
    • Parlament
    • Region
    • Sağlamlıq
    • Sosial
    • Süni intellekt
    • Texnologiya
    • Turizm
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Hadisə
  • İqtisadiyyat
  • Kriminal
  • Mədəniyyət
  • İdman
  • İlham Əliyev
  • Digər
    • Deputatlar
    • Maqazin
    • İKT
    • Maraqlı
    • Hərbi
    • Media
    • Parlament
    • Region
    • Sağlamlıq
    • Sosial
    • Süni intellekt
    • Texnologiya
    • Turizm
No Result
View All Result
Medialive.az
No Result
View All Result
Ana Səhifə Manşet

"Dünyanın aparıcı media institutları jurnalistika ənənələrinə uyğun davranış göstərməlidirlər"

21 Noyabr, 25 / 14:41
A A
"Dünyanın aparıcı media institutları jurnalistika ənənələrinə uyğun davranış göstərməlidirlər"

Xəbər verdiyimiz kimi, bu gün Azərbaycanda “Dialoqun, əməkdaşlığın və regional həmrəyliyin təşviq edilməsi” mövzusunda D-8 Media Forumu keçirilir.

Prezident bu forumun iştirakçılarına müraciət edərək media haqqında danışıb.

O bildirib ki, hazırkı media transformasiya edir.

Amma xarici mediada dezinformasiyalar, “deepfake”lər yayılır, eyni zamanda süni intellektin imkanları yanlış istiqamətlərə sərf edilir.

Dövlət başçısı qeyd edib ki, bu amillər ölkələrin imicinə, daxili həyatına ciddi təsir göstərməklə yanaşı, bütövlükdə beynəlxalq sabitliyə zərbə vurur və ölkələr arasında etimadı sarsıdır.

Bəs, beynəlxalq medianın saxta informasiyalar yayması nəyə hesablanır?

Xüsusən də son illər ərzində Azərbaycana qarşı həqiqətləri əks etdirməyən informasiyalar kifayət qədərdir.

Buna daha çox 44 günlük Vətən Müharibəsi dönəmində rast gəlirdik.

Məsələ ilə bağlı “Crossmedia.az” xəbər portalının rəhbəri Mübariz Göyüşlü Medialive.az-a açıqlama verib.

Baş redaktor açıqlamasında qeyd edib ki, hər hansı xəbər saytı jurnalistika prinsiplərinə – obyektivlik, operativliyə və maarifləndirməyə əməl etmirsə, bayağı işlərlə məşğuldursa, onu media adlandırmaq doğru deyil:

“Medianın əsas işi doğru, dürüst informasiya təqdim etməkdir. Xəbər çatdırmaq, maarifləndirməkdir. Əgər bu funksiyaları yerinə yetirmirsə, saxta xəbər verirsə, yanlış yerlərə yönləndirirsə, maarifləndirmə funksiyasını icra edə bilmirsə, o media deyil. Bu, artıq dezinformasiya ilə məşğul olan, ictimai rəydə çaşqınlıq yaradan bir qurumdur. Bu baxımdan, sadaladıqlarım hər kəsə aiddir. İstər beynəlxalq media, istərsə də yerli media resursları olsun. Bu elementlərə əməl etməyən xəbər tirajlayan resursların media adlandırılması birmənalı düz deyil”.

Sayt rəhbəri bildirib ki, Azərbaycan Prezidentinin müraciətində qeyd olunan məsələlər çox önəmli sayılır:

“Dünyaya demokratiya, insan hüquqları dərsi keçmək istəyən beynəlxalq media qurumlarının, təşkilatlarının da bu mənada özlərinin irəli sürdükləri prinsiplərin əleyhinə getməsini pisləyirəm, mənfi hal kimi qiymətləndirirəm. Azərbaycan Prezidentinin müraciətində qeyd olunan məsələləri çox önəmli sayıram. Hesab edirəm ki, dünyanın aparıcı media institutları media ənənələrinə, qaydalarına, üslubuna uyğun davranış göstərməlidirlər”.

Mikayıl Mirzəzadə

Əvvəlki yazı

Turizm şirkətindən 20 min manat oğurlayan şəxsi polis saxladı

Növbəti yazı

Çin robotu 100 km məsafə qət edərək rekord qırdı

Bənzər Xəbərlər

“Rahat”, “Port bazar” və daha 4 böyük market şəbəkəsi işçilərinə aylardır əmək haqqı ödəmirlər - ŞİKAYƏT
Manşet

“Rahat”, “Port bazar” və daha 4 böyük market şəbəkəsi işçilərinə aylardır əmək haqqı ödəmirlər - ŞİKAYƏT

16.Fev.26 /17:17
Vüqar Qurbanov 300 minlik avtomobil sürürmüş – FOTO
Gündəm

Vüqar Qurbanov 300 minlik avtomobil sürürmüş – FOTO

16.Fev.26 /17:07
Nazir Bakı Limanının keçmiş rəhbərinə yeni vəzifə verdi
Sosial

Nazir Bakı Limanının keçmiş rəhbərinə yeni vəzifə verdi

16.Fev.26 /17:00
TƏBİB-in yeni sədrindən İLK AÇIQLAMA - "Kadr dəyişiklikləri və yeniliklər olacaq"
Gündəm

TƏBİB-in yeni sədrindən İLK AÇIQLAMA - "Kadr dəyişiklikləri və yeniliklər olacaq"

16.Fev.26 /16:54
Vüqar Qurbanovu vəzifəsindən onlar azad etdi
Sosial

Vüqar Qurbanovu vəzifəsindən onlar azad etdi

16.Fev.26 /16:44
“Yuxa” restoranı bağlandı - Video
Sosial

“Yuxa” restoranı bağlandı - Video

16.Fev.26 /16:41
İcra başçısı yeni təyin etdiyi köməkçisini işdən çıxardı
Sosial

İcra başçısı yeni təyin etdiyi köməkçisini işdən çıxardı

16.Fev.26 /16:20
Saleh Məmmədovun komandası yoxlanılır - Həbslər gözlənilir
Gündəm

Saleh Məmmədovun komandası yoxlanılır - Həbslər gözlənilir

16.Fev.26 /16:15
Məhkəmədən Süleyman Mikayılovun əleyhinə qərar - Öhdəlik qoyuldu
Sosial

Məhkəmədən Süleyman Mikayılovun əleyhinə qərar - Öhdəlik qoyuldu

16.Fev.26 /16:12

XƏBƏR LENTİ

“Rahat”, “Port bazar” və daha 4 böyük market şəbəkəsi işçilərinə aylardır əmək haqqı ödəmirlər - ŞİKAYƏT

“Rahat”, “Port bazar” və daha 4 böyük market şəbəkəsi işçilərinə aylardır əmək haqqı ödəmirlər - ŞİKAYƏT

16 Fevral, 26 / 17:17
Vüqar Qurbanov 300 minlik avtomobil sürürmüş – FOTO

Vüqar Qurbanov 300 minlik avtomobil sürürmüş – FOTO

16 Fevral, 26 / 17:07
Nazir Bakı Limanının keçmiş rəhbərinə yeni vəzifə verdi

Nazir Bakı Limanının keçmiş rəhbərinə yeni vəzifə verdi

16 Fevral, 26 / 17:00
TƏBİB-in yeni sədrindən İLK AÇIQLAMA - "Kadr dəyişiklikləri və yeniliklər olacaq"

TƏBİB-in yeni sədrindən İLK AÇIQLAMA - "Kadr dəyişiklikləri və yeniliklər olacaq"

16 Fevral, 26 / 16:54
Vüqar Qurbanovu vəzifəsindən onlar azad etdi

Vüqar Qurbanovu vəzifəsindən onlar azad etdi

16 Fevral, 26 / 16:44
“Yuxa” restoranı bağlandı - Video

“Yuxa” restoranı bağlandı - Video

16 Fevral, 26 / 16:41
İcra başçısı yeni təyin etdiyi köməkçisini işdən çıxardı

İcra başçısı yeni təyin etdiyi köməkçisini işdən çıxardı

16 Fevral, 26 / 16:20
Saleh Məmmədovun komandası yoxlanılır - Həbslər gözlənilir

Saleh Məmmədovun komandası yoxlanılır - Həbslər gözlənilir

16 Fevral, 26 / 16:15
Məhkəmədən Süleyman Mikayılovun əleyhinə qərar - Öhdəlik qoyuldu

Məhkəmədən Süleyman Mikayılovun əleyhinə qərar - Öhdəlik qoyuldu

16 Fevral, 26 / 16:12
Əli Əhmədovun oğluna yeni vəzifə VERİLDİ

Əli Əhmədovun oğluna yeni vəzifə VERİLDİ

16 Fevral, 26 / 16:04
Facebook Twitter Telegram Instagram Youtube TikTok RSS
Adı: MİKAYIL MİRZƏ-ZADƏ RAUF OĞLU
VÖEN:100927175
Domain adının sahibi: MİKAYIL MİRZƏ-ZADƏ RAUF OĞLU
Baş Redaktor: MİKAYIL MİRZƏ-ZADƏ RAUF OĞLU
Ünvan: Bakı şəhəri Yasamal Rayonu, Həsən Bəy Zərdabi 78E
Tel: 051-660-21-27
E-mail: medialiveaz@mail.ru

© 2025 Medialive.az - Xəbər Portalı.

No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Hadisə
  • İqtisadiyyat
  • Kriminal
  • Mədəniyyət
  • İdman
  • İlham Əliyev
  • Digər
    • Deputatlar
    • Maqazin
    • İKT
    • Maraqlı
    • Hərbi
    • Media
    • Parlament
    • Region
    • Sağlamlıq
    • Sosial
    • Süni intellekt
    • Texnologiya
    • Turizm

© 2025 Medialive.az - Xəbər Portalı.