CANLI
Sosial

Əli Əsədovun neçə müavini var və onlar KİMLƏRDİR?

Xəbər verdiyimiz kimi, Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilərək Baş nazirin müavini təyin olunub.

Medialive.az xəbər verir ki, bununla da Baş nazirin müavinlərinin sayı 3-dən 4-ə yüksəlib.

Hazırda Baş nazirin birinci müavini Yaqub Eyyubovdur. O, 1999-2003-cü ilə qədər Baş nazirin müavini olub, 2003-cü ildən isə Baş nazirin birinci müavini kimi fəaliyyət göstərir.

Şahin Mustafayev də Baş nazirin müavinidir. O, 2008-2013-cü illərdə iqtisadi inkişaf naziri, 2013-2016-cı illərdə iqtisadiyyat və sənaye naziri, 2016-2019-cu illərdə iqtisadiyyat naziri olub. 2019-cu ildən isə indiki vəzifəsindədir.

Baş nazirin digər müavini Samir Şərifovdur. 2006-2025-ci illərdə maliyyə naziri postunu icra edən Şərifov ötən ilin yanvarından Baş nazirin müavini kimi fəaliyyət göstərir.

Yeni təyinat alan Teymur Musayev isə 2022-ci ilin yanvar ayından səhiyyə naziri vəzifəsini icra edirdi.

canlı maç izlecanlı maç izlecanlı maç izlecanlı maç izletaraftarium24taraftarium24taraftarium24taraftarium24selcuksportstaraftarium24canlı maç izleselcuksportstaraftarium24canlı maç izle