Milyarder Elon Maskın Grok süni intellekt çatbotu istifadəçilərə qadın və uşaqların saxta və cinsi şəkillərini yaratmaqda günahlandırılır.
Medialive xəbər verir ki, bu barədə CBS News məlumat yayıb.
Belə ki, Maskın uşaqlarından birinin anası Eşli Sent-Kler Grokun icazəsiz onun və uşaqlarının şəkillərini düzəltdiyini bildirib.
Sent-Kler Aİ şirkətinə şikayət edib və bəzi şəkillər silinsə də, problemin əsasının çatbot olduğunu vurğulayıb.
Grokun yarattığı şəkillərin 53%-i minimal geyimli, 81%-i qadınları əhatə edib. Sent-Kler ABŞ hökumətinin müdaxilə etməsini və qadağaların tətbiqini tələb edir.
Qeyd edək ki, Grok Malayziya və İndoneziyada qadağan olunub, Britaniyada isə araşdırma və potensial qadağalar davam edir.




















