Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Liviya Baş Qərargah rəisi Məhəmməd əl-Həddadın da olduğu təyyarənin Ankara yaxınlığında qəzaya uğraması ilə bağlı Liviyaya başsağlığı verib.
Medialive xəbər verir ki, Ərdoğan başsağlığını Liviya Hökumətinin rəhbəri Əbdül Həmid əl-Dbeyba ilə telefonla danışarkən verib.
Qeyd edək ki, Türkiyənin daxili işlər naziri Əli Yerlikaya Liviya hərbi nümayəndə heyətini daşıyan Falcon 50 təyyarəsinin Ankaranın Esenboğa hava limanından Tripoliyə uçduğunu bildirib.
Saat 20:32-də heyət göyərtədə təcili vəziyyət barədə məlumat verib və hava limanına qayıtmağı tələb edib. Təyyarə ilə əlaqə saat 20:52-də kəsilib. Qalıqlar saat 22:00-da Haymana ərazisində aşkar edilib. Qəza zamanı uçuş qeyd cihazı da tapılıb. Qəzaya uğrayan təyyarənin göyərtəsində səkkiz nəfər olub və onların hamısı həlak olub.
Liviya Hökuməti əl-Həddadın qəzasda həlak olması ilə bağlı üç günlük matəm elan edib.




















