CANLI
Dünya

“Ərdoğan mənim dostumdur, onunla hər problemi həll edirik” – Tramp

ABŞ Prezidenti Donald Tramp “Politico”ya geniş müsahibəsində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan haqda da danışıb.

Medialive xəbər verir ki, Tramp Türkiyə lideri ilə bağlı fikirlərini belə səsləndirib:

“Hər problemi onunla dərhal həll edirik. Türkiyə güclü ölkədir, güclü ordu qurub”.

Tramp həmçinin NATO daxilindəki bir çox liderin Ərdoğanla ünsiyyət qura bilmədiyini və onları müdaxilə etməyə sövq etdiyini bildirib.

Tramp eyni zamanda Türkiyəni NATO daxilində əsas oyunçu kimi təsvir edib.

“Türkiyə nümunədir. Ərdoğan mənim dostumdur. Liderlər problemi olanda onunla danışa bilmədiklərinə görə mənim zəng etməyimi istəyirlər”, – deyə Tramp bildirib.