“Yerevan Azərbaycan da daxil olmaqla heç bir ölkə ilə silahlanma yarışına girmək niyyətində deyil”.
Medialive.az xəbər verir ki, bu sözləri Ermənistanın müdafiə naziri Suren Papikyan mətbuat konfransında deyib.
“Bu, bizim hökumətimizin mövqeyidir. Lakin bu, Ermənistanın silah və hərbi texnika almağı və ya ordusunda islahatları dayandıracağı anlamına gəlmir” – deyə nazir qeyd edib.




















