CANLI
Sosial

Fəzail Ağamalının gizlətdiyi oğlu üzə çıxdı – BU ÖLKƏDƏ YAŞAYIRMIŞ -ÖZƏL

Son günlər partiyasındakı qalmaqalla gündəmə gələn  Ana Vətən Partiyasının sədri Fəzail Ağamalı yeni faktla medianın gündəminə düşür.

Oxu24.com saytının özəl mənbədən  əldə  etdiyi  məlumata  görə, keçmiş deputatın hər kəsdən  gizlətdiyi  bir  oğlu  da var imiş.

Əldə etdiyimiz məlumata  görə,həmin şəxs 1987-ci il təvəllüdlü Ağamalıyev İlqar  Fəzail oğludur.

Ailədə onu  daha  çox  Oleq  kimi çağırdıqları üçün  bu adla  daha  çox  tanınıb.

Almaniyadakı  mənbənin Oxu24.com-a verdiyi məlumata görə, İlqarın anası  rus əsilli qadındır. Onlar 80-ci illərin sonunda   Bakı şəhərində  tanış  olublar. Bu münasibətdən  bir  oğlan övladı dünyaya gəlib.

Fəzail  Ağamalının   rəsmi  nikahda  olan  həyat  yoldaşı  bu məsələni bildikdən sonra  ailədə  ciddi  problemlər yaşanıb. Bu səbəbdən də F.Ağamalı  oğlunu  və qeyri-rəsmi münasibətdə olduğu  qadını  Bakıdan çıxarmağa məcbur olub. O, uşağı və qadını  Rusiyanın Sank-Peterburq şəhərinə göndərib.

CityPost.az  saytının yazdığına görə, ana və övlad uzun müddət orada yaşadıqdan sonra İlqarın təhsil alması  məqsədi ilə Almaniyaya köçüblər. Son illər orada yaşayırlar.

Mənbənin verdiyi məlumata görə, İlqar (Oleq) yay aylarında Bakıya istirahətə gəlir. Bu zaman onun atası ilə də görüşdüyü bildirilir. İlqar Ağamalıyev hazırda biznes fəaliyyəti ilə məşğuldur.

Oxu24.com məsələ ilə bağlı Ana Vətən Partiyasının sədri Fəzail Ağamalıyla danışıb. O,faktı təsdiqləyib. Bunu “cavanlıq səhvi” adlandırıb.

“Hər kəsin gənclikdə  səhvləri ola bilər. Cavanlıqda çoxunun həyatında belə şeylər olur. Mən niyə danmalıyam ki?Cinayət deyil ki? Hər kəsin şəxsi həyatı ola bilər… Bəli, belə bir romanım olub. Bu gün İlqar və anası ilə əlaqəm yoxdur. Onlar öz həyatlarını yaşayırlar. Lazım olan vaxtlarda köməkliyimi göstərmişəm. Bu məsələ ilə bağlı məni ancaq həyat yoldaşım günahlandıra bilər. Ona da zamanında səhv etdiyimi demişəm. Ondan da bu səhvə görə, üzr istədim. Vəssalam… Bunun heç kimə dəxli yoxdur. Həyatdır, bir neçə dəfə evlənmək olar. Tramp üç dəfə evlənib… Burda qəribə nə var ki?”,- deyə Fəzail Ağamalı bildirib.