“Kalmaeqi” qasırğası Filippində 4 nəfərin həyatına son qoyub.
Medialive xəbər verir ki, bu barədə “Reuters” agentliyi məlumat yayıb.
Agentliyin məlumatına görə, Sebu əyalətində 3 nəfər ölüb.
Yerli hakimiyyət orqanları tayfunun belə güclü daşqınlara səbəb olacağını gözləmədiklərini bildiriblər.
Bohol əyalətində daha bir nəfər ağacın üstünə aşması nəticəsində dünyasını dəyişib.
Qeyd edək ki, ötən gün Filippin hakimiyyət orqanları Calmaegi qasırğasının yaxınlaşması ilə əlaqədar 7 min nəfərin təxliyəsi barədə göstəriş verib.




















