CANLI
Mədəniyyət

Flora Kərimova ilə bağlı ŞOK video yayımlandı - Niyə məhz indi?

“Şah İsmayılın həyatında onun adına utanc gətirən anlar olub”.

Medialive.az xəbər verir ki, bunu Xalq artisti Flora Kərimova bildirib.

Səfəvi sülaləsinin banisi barədə sosial şəbəkə müzakirələri əsnasında vaxtilə ANS TV efirində yayımlanan “Dahilərin divanı” tok-şousunun Şah İsmayıl Xətai ilə bağlı verilişinin videosu yayılıb.

Proqramda tarixçi alim Oqtay Əfəndiyev, kinorejissor Əbdül Mahmudov (şeyx Əbdül), eks-deputat Cümşüd Nuriyev və Xalq artisti Flora Kərimova iştirak ediblər.

Verilişin bir məqamında söz alan müğənni Şah İsmayılla bağlı əsassız fikirlər səsləndirib.

Mərhum tarixçi-alim Oqtay Əfəndiyevin ona kəsərli cavabı alqışla qarşılanıb.

Qeyd edək ki, video son günlər Şah İsmayılla bağlı baş verən polemikalar fonunda yayılıb.\\yenisabah

Ətraflı videoda: