CANLI
Sosial

Gəncədə zibillikdən körpə meyiti aşkarlandı

Avqustun 19-da Gəncə şəhəri, Cavadxan yerləşən zibil poliqonunda ölü dölün aşkar edilməsi faktı üzrə Gəncə şəhər prokurorluğunda araşdırma aparılır.

Bu barədə Medialive.az-a Baş Prokurorluğun Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, prokurorluq əməkdaşları tərəfindən hadisə yerinə və aşkar edilmiş ölü dölə baxış keçirilib, məhkəmə-tibbi ekspertizası təyin olunub, habelə hadisənin hallarının müəyyənləşdirilməsi məqsədilə digər zəruri prosessual hərəkətlər icra edilib.

Araşdırmanın nəticəsindən asılı olaraq hadisəyə hüquqi qiymət veriləcəkdir.