G20 ölkələrindən olan milyarderlərin sərvəti bir il ərzində 16,5% artaraq 15,6 trilyon dollara çatıb.
Medialive xəbər verir ki, bu barədə Oxfam beynəlxalq xeyriyyə və humanitar təşkilatı məlumat verib.
Təşkilatın press-relizində deyilir:
“G20 milyarderlərinin cəmi bir ildə yaratdığı sərvət – 2,2 trilyon dollar – 3,8 milyard insanı yoxsulluqdan çıxarmaq üçün kifayətdir”.
Sənəddə bunun üçün hər il 1,65 trilyon dollar tələb olunacağı göstərilir.
Təşkilat xatırladıb ki, bu il G20-yə sədrlik edən Cənubi Afrika hökuməti bərabərsizliyi noyabrın 22-23-də keçiriləcək sammitin əsas mövzusuna çevirib.
Təşkilat həmçinin G20 ölkələrini 2024-cü ildə Rio-de-Janeyroda keçirilən sammitdə qrupun liderləri tərəfindən razılaşdırıldığı kimi, ultra yüksək sərvətli şəxslərdən effektiv şəkildə vergiyə cəlb etmək öhdəliyini bir daha təsdiq etməyə çağırıb.




















