Gürcüstanda bibər qazı alan və daşıyan 18 yaşına çatmamış hər kəs cərimələnəcək.
Medialive xəbər verir ki, bu barədə Gürcüstanın daxili işlər nazirinin müavini Aleksandr Daraxvelidze açıqlama verib.
Daraxvelidze bildirib ki, 18 yaşına çatmamış və ya 16 yaşdan yuxarı şəxslərə bibər qazı verilərsə, inzibati cəza tətbiq olunacaq.
Əgər bu məhsul 16 yaşına çatmamış şəxsdə aşkar olunarsa, nazirlik bibər qazını satan hüquqi və ya fiziki şəxsə qarşı da cərimə tətbiq edəcək.




















