Medialive.az informasiya portalı 2025-ci ildə jurnalist Mikayıl Mirzəzadə tərəfindən təsis edilən müstəqil xəbər platformasıdır. Portalın əsas məqsədi oxuculara Azərbaycanda və dünyada baş verən ən vacib hadisələr barədə operativ, dəqiq və etibarlı məlumat təqdim etməkdir.
Medialive.az siyasət, iqtisadiyyat, cəmiyyət, dünya xəbərləri, mədəniyyət, idman, texnologiya və digər aktual sahələri əhatə edən geniş mövzulu xəbərlər yayımlayır. Portal gündəlik olaraq yenilənir və oxucularını günün ən mühüm hadisələri ilə vaxtında məlumatlandırır.
Saytın fəaliyyətində əsas prinsiplər qərəzsizlik, obyektivlik, şəffaflıq və peşəkar jurnalistika standartlarına sadiqlikdir. Medialive.az yalnız təsdiqlənmiş mənbələrə əsaslanan xəbərlərin yayılmasına üstünlük verir və cəmiyyətin düzgün məlumatlandırılmasını özünün əsas missiyası hesab edir.
Eyni zamanda, Medialive.az müasir texnologiyalardan istifadə edərək sürətli və rahat oxu imkanları yaradır, sosial şəbəkələr və rəqəmsal platformalar vasitəsilə də geniş auditoriyaya çatmağı hədəfləyir. Portal oxucularla açıq ünsiyyətə, ictimai rəyə və sağlam müzakirə mühitinin formalaşmasına xüsusi önəm verir.
Medialive.az eyni zamanda sosial şəbəkələrdə aktiv fəaliyyət göstərən xəbər portallarındandır. Belə ki, portalın “Facebook” səhifələrinin 90 və 80 min izləyicisi, 100 min görüntülənməsi, “TikTok”da isə 10 min izləyicisi və 500 mindən çox aylıq görüntüləməsi var.
Saytımız, o cümlədən reklam bazarında özünəməxsus yer tutan müxtəlif təşkilatlar, QHT-lər və digər institutları əməkdaşlığa dəvət edir.











