Yaponiyanın Tokio şəhərindəki ABŞ səfirliyi yaxınlığında bir şəxs bıçaq ilə polis əməkdaşına hücum edib.
Medialive xarici mediaya istinadən xəbər verir ki, hadisədən sonra sorğu-sual edilən Şiota Yaponiya Meteorologiya Agentliyinə və Milli Polis Agentliyinə kin bəslədiyini və meteorologiya agentliyinin iqlimi qəsdən dəyişdirdiyinə inandığını söyləyib.
Hücum zamanı bir polis məmurunun Axilles tendonunun yırtıldığı və təxminən üç aylıq müalicə tələb olunduğu bildirilir.
Şübhəlinin hücum və silah pozuntusu ittihamları ilə prokurorluğa sövq ediləcəyi gözlənilir.




















