HƏMAS hərəkatı oktyabrın 30-da Qəzzada gedən döyüşlər zamanı həlak olan iki israilli girovun cəsədlərini təhvil verməyi planlaşdırır.
Medialive xəbər verir ki, bu barədə “Əl Hadath” telekanalı məlumat yayıb.
Telekanalın məlumatına görə, Qəzzada bu gün günortadan sonra iki girovun cəsədi İsrailə təhvil veriləcək.




















