Hindistanın Tejas qırıcısı Dubayda hava şousu zamanı qəzaya uğrayıb.
Medialive xəbər verir ki, bu barədə Hindistan televiziyasının müxbiri “X”də məlumat verib.
“Hindistanın Tejas qırıcısı Dubay Hava Sərgisində nümayiş uçuşu zamanı qəzaya uğrayıb. Əlavə təfərrüatları gözləyirik”, – NDTV əməkdaşı yazıb.
Ekipajın taleyi ilə bağlı hələlik məlumat yoxdur.




















