Prezident İlham Əliyevin imzaladığı Sərəncamla Orxan Fərmayıl oğlu Məmmədov Yardımlı Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.
Medialive.az yeni icra başçısının dosyesini təqdim edir.
Orxan Fərmayıl oğlu Məmmədov 1988-ci ildə anadan olub.
O, Azərbaycan Dövlət İqtisad Universitetinin məzunudur. Həmçinin Bakı Dövlət Universitetinin Hüquq fakültəsini bitirib. Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında magistratura təhsili alıb.
Orxan Məmmədov əmək fəaliyyəti dövründə Cəbrayıl Rayon İcra Hakimiyyətinin başçısı Aparatında hüquq şöbəsinin müdiri vəzifəsində çalışıb.
Daha sonra Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Aparatının hüquq şöbəsinin müdiri təyin olunub.
2025-ci ilin martında Yasamal Rayon İcra Hakimiyyəti başçısının müavini vəzifəsinə təyinat alıb.
Son təyinatadək həmin vəzifədə çalışıb.
