ABŞ-nin aparıcı çip istehsalçısı Nvidia şirkətinin baş direktoru və təsisçisi Jensen Huang Britaniyanın Financial Times qəzeti tərəfindən “İlin adamı” seçilib.
Medialive xəbər verir ki, Huang bütün sənaye sahələrini kökündən dəyişdirmək potensialına malik texnologiyaların tətbiqində əsas fiqura çevrilib.
Qəzet yazır ki, uzun müddət kompüter çipləri arxa planda qalıb və onların işlətdiyi cihaz və xidmətlərə uduzub. Lakin, 2025-ci ildə onlar biznes və maliyyə dünyalarını bürüyən süni intellekt maniyasının hərəkətverici qüvvəsinə çevrilib.
O, özəl sektor tərəfindən indiyə qədər həyata keçirilən ən böyük investisiya proqramlarından birinin – eyni zamanda ABŞ iqtisadiyyatını dəstəkləyən və fond bazarının bumunu stimullaşdıran proqramın mərkəzində olub. Və o, bütün sənaye sahələrini dəyişdirə biləcək texnologiyanın tətbiqinin arxasında duran hərəkətverici qüvvə olub.
Qeyd edək ki, Daha əvvəl Amerikanın “Time” jurnalı süni intellekt memarlarını “İlin Adamı” elan edib.




















