İndoneziyada daşqınlar və torpaq sürüşmələri nəticəsində ölənlərin sayı 502-yə çatıb, 508 nəfərin axtarışları davam edir.
Medialive xəbər verir ki, bu barədə İndoneziya mətbuatı məlumat yayıb.
Məlumata görə, ölkənin Şimali Sumatra, Aceh və Qərbi Sumatra əyalətlərində güclü yağışlar nəticəsində daşqınlar və torpaq sürüşmələri baş verib.
Rəsmilər daha əvvəl təbii fəlakət nəticəsində 441 nəfərin öldüyünü təsdiqləmişdilər




















