İndoneziyanın Sumatra adasında daşqınlar və torpaq sürüşməsi nəticəsində iqtisadi itkilər təxminən 68,67 trilyon rupiyaya çata bilər.
Medialive xəbər verir ki, bu barədə The Jakarta Post İndoneziya İqtisadi və Hüquqi Araşdırmalar Mərkəzinin (Celios) məlumatlarına istinadən məlumat yayıb.
Nəşr qeyd edib ki, zərər çəkmiş əyalətlərdə nəqliyyatın kəsilməsi çox güman ki, ölkənin digər bölgələrində də iqtisadi aktivliyin azalmasına səbəb olacaq.
İndoneziyanın Milli Axtarış və Xilasetmə Agentliyinin bildirdiyinə görə, fəlakətə bir həftədir ki, bölgəyə yağan leysan yağışlar səbəb olub. Sellər yaşayış binalarına, yollara və infrastruktura ziyan vurub, xilasedicilərin ən çox zərər çəkmiş ərazilərə çıxışına mane olub. Təbii fəlakət 800-dən çox insanın həyatına son qoyub.




















