İran nüvə proqramı ilə bağlı ABŞ ilə razılığa gəlməyə hazırdır, lakin bu, balanslı olmalı və hər iki tərəfin mövqeyini nəzərə almalıdır.
Medialive xəbər verir ki, bunu İranın xarici işlər naziri Abbas Əraqçi Britaniyanın “The Economist” jurnalına müsahibəsində deyib.
“Biz danışıqlara hazırıq, lakin diktaturaya yox. Biz, həqiqətən, sövdələşməyə açığıq, lakin ədalətli və balanslı, birtərəfli deyil. Problem budur” – deyə o bildirib.
İran diplomatiyasının rəhbəri bildirib ki, Tehran və Vaşinqton iyunda 12 günlük müharibədən əvvəl beş raund danışıqlar aparıblar. Amerika nümayəndə heyətinə ABŞ prezidentinin sülhməramlılar üzrə xüsusi nümayəndəsi Stiven Vitkoff başçılıq edirdi.
“Biz razılığa, yaxşı kompromisə çox yaxın idik. Təfərrüatlara varmaq fikrim yoxdur, amma lazım gəlsə, nə vaxtsa bunu edəcəm”, – deyə Əraqçi söz verib.




















