İranın Kirman əyalətində təhlükəsizlik məntəqəsinə silahlı hücum edilib.
Medialive xəbər verir ki, gecə saatlarında baş verən hücum nəticəsində üç polis və bir mülki şəxs həlak olub.
İslam İnqilabı Keşikçiləri Korpusunun Qüds Qərargahı bildirib ki, Fəhrac rayonunun girişindəki təhlükəsizlik məntəqəsi silahlı şəxslər tərəfindən hədəfə alınıb.
Hücumçuların nəzarət məntəqəsinə atəş açmasından sonra ərazidə toqquşma baş verib.
Bəyanatda baş verən atışmada üç polis məmurunun və bir mülki şəxsin öldürüldüyü təsdiqlənib.
Hücum edənlərin şəxsiyyəti və ya hücumun motivi barədə heç bir məlumat verilməyib.
Hadisədən sonra ərazidə geniş təhlükəsizlik tədbirləri görülüb. Bildirilib ki, hücumla bağlı araşdırma təhlükəsizlik və hüquq-mühafizə orqanları tərəfindən davam etdirilir.




















