İran hökuməti yanvarda etirazçıları dəstəklədikləri üçün bir neçə siyasi xadimi saxlayıb.
Medialive xəbər verir ki, bu barədə Fars xəbər agentliyi məlumat yayıb.
Belə ki, saxlanılanlar İsraili, ABŞ-ni və terrorçu qruplaşmaları dəstəkləməkdə ittiham ediliblər.
Agentliyin məlumatına görə, sözügedən şəxslər İran İslahat Cəbhəsinin son rəhbəri Azər Mənsuri, İran Xarici İşlər Nazirliyinin keçmiş sədr müavini Möhsün Əminzadə, eləcə də siyasi fəal və üçüncü çağırış deputat İbrahim Əsgərzadə ola bilər.
Azər Mənsuri 1979-cu ildə Tehrandakı ABŞ səfirliyini ələ keçirən iranlı tələbələr qrupunun liderlərindən olub.
Qeyd edək ki, İranda etirazlar 2025-ci ilin dekabrında milli valyutanın devalvasiyası səbəbindən başlayıb.
Ölkə daxilində internet kəsilib və həm təhlükəsizlik qüvvələri, həm də etirazçılar arasında xeyli itki olub.
ABŞ 12 yanvarda vəziyyətin nəzarət altına alındığını elan edib.




















