CANLI
Dünya

İranın bu təklifi müharibəni alovlandıra bilər - ABŞ bundan sonra nə edəcək?

“Omanla görüş zamanı Hörmüz boğazından keçən marşrutun tamamilə İranın nəzarəti altında, digər marşrutun isə bir hissəsinin İranın nəzarəti altında olmasını təklif edilib”.

Medialive.az xarici mətbuata istinadən xəbər verir ki, bu sözləri İran xarici işlər nazirinin müavini Kazem Qəribabadi İran mətbuatına müsahibəsində deyib.

O bildirib ki, Oman İranın Hörmüz boğazı ilə bağlı təklifini qəbul etməsə, boğaz bağlı qalacaq.

Qəribabadi İranın başqa heç bir təklifi qəbul etməyəcəyini açıqlayıb.

“Yekun qərar açıqlanacaq. Son 15 gündə ABŞ ilə danışıqlar tələb etməmişik. Amerikalılar bizə Oman vasitəsilə hərbi əməliyyatlar aparmayacaqları barədə mesaj çatdırıblar”, – deyə o yekunlaşdırıb.