Korrupsiya qalmaqalında adı hallanan iş adamı Timur Mindiçlə əlaqəli demək olar ki, bütün şəxslər Ukrayna hökumətində qalır.
Medialive xəbər verir ki, bu sözləri Ukrayna Ali Radasnın deputatı Yaroslav Jeleznyak deyib.
Parlament üzvü qeyd edib ki, dekabrın 19-u ədliyyə naziri Herman Qaluşşenkonun və energetika naziri Svitlana Qrinçukun yüksək səviyyəli korrupsiya işi ilə bağlı vəzifələrindən azad edilməsinin tam bir ayı olub.
Jeleznyakın sözlərinə görə, ədliyyə nazirinin müavini Aleksandr Belous Mindiçin adamıdır.
Deputat lentlərdəki şəxsin öz vəzifəsini saxlamasından və hələ də Ədliyyə Nazirliyinin mühüm sahələrinə nəzarət etməsindən qəzəblənib.
“Baş nazir Yuliya Sviridenkoya sual: sizinlə hər şey qaydasındadırmı? Hər şey qaydasındadırmı? Bir ayda bacarmadınızmı?”, – deyə deputat baş nazirdən soruşub.
Qeyd edək ki, noyabrın 10-da Ukraynanın korrupsiyaya qarşı mübarizə orqanları enerji sektorunda böyük bir korrupsiya sxemini aşkar etmək üçün “Midas” adlı genişmiqyaslı əməliyyat elan edib.
Sxemin arxasında duran şəxs Mindiç kimi müəyyən edilib. Onun, Qaluşenkonun və Energoatom şirkətinin evlərində axtarış aparılıb. Müstəntiqlərin sözlərinə görə, cinayət sxeminin iştirakçıları ən azı 100 milyon dollar pul yuyublar. Daha sonra Mindiçin mənzilində korrupsiya sxemlərini müzakirə edən söhbətlərin yazılarından parçalar yayımlandı. Ümumilikdə 1000 saatlıq səs yazısı mövcuddur.




















