“Aİ ölkələri hələ də Rusiya aktivlərinin qondarma təzminat krediti sxemi çərçivəsində ekspropriasiyası ilə bağlı kompromis əldə etməyiblər, lakin oktyabrın 23-24-də keçiriləcək sammitdə irəliləyiş əldə etməyi gözləyirlər”.
Medialive xəbər verir ki, bu fikirləri Aİ xarici işlər naziri Kaya Kallas Aİ Xarici İşlər Nazirlərinin Lüksemburqda keçirilən toplantısında iştirak edərkən deyib.
“Biz“təzminat təklif etdik. İrəliləyiş əldə etsək də, hələ ki, orada deyilik, ümid edirəm ki, sammitdə daha çox yeniliklər olacaq”, – Kallas bildirib.
O, bu məsələ ilə bağlı ciddi fikir ayrılıqlarının olduğunu etiraf edərək, bunun kompromis tələb etdiyini və Avropa Komissiyasının hazırda Belçikanın Aİ ölkələri arasında maliyyə risklərini bölüşməsi üçün həmrəylik tədbirləri üzərində işlədiyini vurğulayıb.
Qeyd edək ki, sentyabrın 10-da Avropa Komissiyasının sədri Ursula fon der Leyen bəyan edib ki, AK Rusiyanın Qərbdəki dondurulmuş aktivlərini müsadirə etmək niyyətində deyil, onlardan Ukraynaya kreditlər vermək üçün istifadə edəcək.
Rusiyanın Avropada dondurulmuş suveren aktivlərinin əksəriyyəti – 200 milyard avrodan bir qədər çox – Belçikadakı Euroclear platformasında bloklanıb.
Elxan Nəsirov




















