Dekabrın 27-də Kamboca və Taylandın Baş Sərhəd Komitəsinin xüsusi iclasında əldə edilən atəşkəs razılaşması Kambocanın təslim olması və ya özünümüdafiə hüququndan imtina etməsi demək deyil.
Medialive xəbər verir ki, bu sözləri Kambocanın Baş naziri Hun Manet Khmer Times qəzetinə müsahibəsində deyib.
Onun sözlərinə görə, qarşılıqlı atəşkəsə razılıq vermək qərarı Kambocanın təslim olması və ya sülh naminə ərazi bütövlüyünü qurban verməyə hazır olması və ya ölkənin özünümüdafiə hüququndan imtina etməsi anlamına gəlmir.
Əksinə, bu qərar göstərir ki, dövlət təzyiqlərə və çətinliklərə baxmayaraq, dinc yol tutmağa və xalqının həyatını və rifahını ən yüksək və ən vacib prioritet kimi müəyyən etməyə qərar verib.
Hökumət başçısı vurğulayıb ki, Kamboca sülh və inkişaf ən yüksək qiyməti verir, beynəlxalq hüquqa, Pnompenin qəbul etdiyi müqavilələrə, konvensiyalara və sazişlərə, xüsusən də BMT Nizamnaməsinə və ASEAN Nizamnaməsinə əsaslanan regional və qlobal nizamın qorunmasında həmişə iştirak edir və onu dəstəkləyir.
Qeyd edək ki, Kamboca və Tayland dekabrın 27-də atəşkəs barədə razılığa gəliblər.




















