“Rusiyanın əsas prioriteti Donald Trampın ABŞ hərbi texnologiyasının üstünlüyü barədə bəyanatı deyil, öz hərbi-sənaye kompleksinin inkişafıdır”.
Medialive “Moskovski Komsomolets”ə istinadən xəbər verir ki, bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.
O, vurğulayıb ki, Moskva üçün ən vacib istiqamət xarici ritorika deyil, daxili imkanların gücləndirilməsidir.
“Biz başqa ölkələrin deyil, prezidentimizin bəyanatlarına diqqət yetiririk. Bizim səylərimiz yerli hərbi istehsalın inkişafına və hərbi sənaye kompleksinin gücləndirilməsinə yönəlib. Bu, bizim əsas prioritetimizdir”, – Peskov qeyd edib.
Qeyd edək ki, Donald Tramp daha əvvəl ABŞ-nin hərbi texnologiyada əhəmiyyətli üstünlüyünü bəyan edərək, xüsusilə nüvə sualtı qayıqlarının inkişafını vurğulayaraq, Amerikanın digər ölkələri əhəmiyyətli dərəcədə qabaqladığına inanır.




















