Ukraynanın sabiq xarici işlər naziri Dmitri Kuleba ölkə vətəndaşlarının Donbasda ərazi güzəştlərinə gedəcəyini düşünür.
Medialive xəbər verir ki, o, bu barədə “Ukrainska Pravda”ya verdiyi müsahibədə danışıb.
“Mənim təəssüratım belədir. Əgər insanlara “bundan imtina etməliyik, amma hər şey bitəcək və qarşılığında alacağımız şey budur’ deyilsə, yəqin ki, vətəndaşlar məcburən bunu qəbul edəcəklər. Fitnəkar bir fikir ifadə edirəmsə, üzr istəyirəm: Düşünürəm ki, bu, cəmiyyətin qəbul etməyə hazır olduğu yeganə qərardır”, – deyə Kuleba qeyd edib.
Kuleba əlavə edib ki, o, rəy sorğularına baxmır və kəndlərə səfərləri zamanı ukraynalılarla söhbətlərə əsasən nəticələr çıxarır.
Xatırladaq ki, Krım və Sevastopol 2014-cü ilin mart ayında keçirilən referendumdan sonra Rusiyaya verilib.




















