Xəbər verildiyi kimi, Kürdəmir Rayon İcra Hakimiyyətinə yeni başçı təyin edilib.
Bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb.
Dövlət başçısının imzaladığı sərəncama əsasən, Kürdəmir Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə Elşən Nazim oğlu Həsənli təyin edilib.
Qeyd edək ki, bu təyinatadək Elşən Həsənli Bakı Şəhəri Sabunçu Rayon İcra Hakimiyyətinin başçısının birinci müavini vəzifəsində çalışırdı.
Həsənli Elşən Nazim oğlu 1986-cı ildə Yevlax şəhərində anadan olub.
Elşən Həsənli 2006-cı ildə Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının “İnzibati idarəetmə” ixtisası üzrə bakalavriatura səviyyəsini, 2019-cu ildə isə Dövlət İdarəçilik Akademiyasının “Davamlı inkişafın planlaşdırılması” üzrə magistratura səviyyəsini bitirib.
2012-2014-cü illərdə Bakı şəhəri, Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı aparatında baş məsləhətçi vəzifəsində çalışıb.
2014-2022-ci illərdə Bakı şəhəri, Sabunçu Rayon İcra Hakimiyyətinin başçısı aparatında Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri vəzifəsində çalışıb.
2022-ci ilin dekabr ayında Sabunçu Rayon İcra Hakimiyyəti başçısının müavini vəzifəsinə təyin edilib. daha sonra bu rayonda başçının I müavini işləyib.
Yeni Azərbaycan Partiyasının üzvüdür. Ailəlidir, 2 övladı var.