• HAQQIMIZDA
  • ƏLAQƏ
  • MEDİA KODEKSİ
Medialive.az
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Hadisə
  • İqtisadiyyat
  • Kriminal
  • Mədəniyyət
  • İdman
  • İlham Əliyev
  • Digər
    • Deputatlar
    • Maqazin
    • İKT
    • Maraqlı
    • Hərbi
    • Media
    • Parlament
    • Region
    • Sağlamlıq
    • Sosial
    • Süni intellekt
    • Texnologiya
    • Turizm
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Hadisə
  • İqtisadiyyat
  • Kriminal
  • Mədəniyyət
  • İdman
  • İlham Əliyev
  • Digər
    • Deputatlar
    • Maqazin
    • İKT
    • Maraqlı
    • Hərbi
    • Media
    • Parlament
    • Region
    • Sağlamlıq
    • Sosial
    • Süni intellekt
    • Texnologiya
    • Turizm
No Result
View All Result
Medialive.az
No Result
View All Result
Ana Səhifə Manşet

“Laser Beauty Clinic”də qanunsuz fəaliyyət davam edir – Nazirlik niyə susur?

18 Oktyabr, 25 / 17:48
A A
“Laser Beauty Clinic”də qanunsuz fəaliyyət davam edir – Nazirlik niyə susur?
“Laser Beauty Clinic”lə bağlı qalmaqallar səngimir. Məlumat üçün bildirək ki, Səhiyyə Nazirliyinin bir müddət əvvəl apardığı yoxlamalar nəticəsində “Laser Beauty Clinic”in Bakı şəhəri, Yasamal rayonu, İsmayılbəy Qutqaşınlı küçəsində yerləşən filialında nöqsanlar aşkar edilib. Bu səbəbdən klinikanın lisenziyasının dayandırılması və ya ləğvi ilə bağlı İqtisadiyyat Nazirliyinə müraciət olunub.
Bundan sonra klinika ilə bağlı çoxsaylı qalmaqallı xəbərlər yayılıb. Məlumata görə, pasiyentlərə keyfiyyətsiz tibbi və estetik xidmətlərin göstərilməsi nəticəsində bir neçə şəxsin səhhətində problemlər yaranıb. Həmçinin fəaliyyəti dayandırılmış “Altes” filialına yoxlama üçün gələn rəsmi şəxslərə hücum edilməsi ilə bağlı məlumatlar da mövcuddur.
Sözügedən filialda həkim kimi çalışan Nigar Rüfət, Adilya Makatova və Nigar Sultanovanın fəaliyyəti sosial şəbəkələrdə geniş şəkildə reklam olunur, müxtəlif endirim və xidmət kampaniyaları keçirilir. Halbuki, adıçəkilən xanımların tibbi təhsilinin olmadığı barədə iddialar var və onlar sertifikasiyadan keçməyiblər. Bu isə qanunsuz fəaliyyət sayılır.
Bununla bağlı Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzinə sorğu ünvanladıq. Nigar Rüfət və Adilya Makatova ilə bağlı ilk sorğuya gələn cavabı olduğu kimi təqdim edirik:
“Adilya Makatova və Nigar Rüfətin adları Tibbi Kadrların Vahid Məlumat Reyestrində yoxdur”.
Nigar Sultanova ilə bağlı da eyni cavab oldu:
“Sorğuda qeyd olunan şəxs barədə aparılmış araşdırma nəticəsində müəyyən edilib ki, həmin şəxs nə əczaçı, nə də həkim kimi sertifikata malik deyil. Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən, sertifikatsız şəxslər tibbi və əczaçılıq fəaliyyəti göstərə bilməzlər”.
image-img_4953
Göründüyü kimi, hər üç şəxsin adı həkim kimi fəaliyyət gəstərmələrinə baxmayaraq, Tibbi Kadrların Vahid Məlumat Reyestrində yoxdur. Bəs bunun məsuliyyəti nədir?
Analitik Ekspertiza Mərkəzindən sorğuya cavab olaraq bildirildi ki, sertifikasiyadan keçməyən şəxslərin (işçilərin) praktik tibb və əczaçılıq fəaliyyətinə buraxılmasına görə vəzifəli şəxslər 800-1000, hüquqi şəxslər 6000-8000 min manat məbləğində cərimə olunur. Mərkəzdən həmçinin bildirildi ki, tibbi fəaliyyət yalnız müvafiq ali tibbi təhsili olan və sertifikata malik şəxslər tərəfindən həyata keçirilə bilər, sertifikatsız fəaliyyət qanunsuz hesab olunur və məsuliyyət yaradır.
image-img_4954Analitik Ekspertiza Mərkəz bildirir ki, reysterdən keçmədən və sertifikatsız fəaliyyət qanunsuzdur. Amma Nigar Rüfət, Adilya Makatova və Nigar Sultanova “Laser Beauty Clinic”in “Altes” filialında fəaliyyət göstərir və bunu gizlətməyi belə lazım bilmirlər. Onlar maneəsiz olaraq pasiyentlərə xidmət göstərirlər və müvafiq qurum – Səhiyyə Nazirliyi də artıq bundan xəbərdardır. Amma bunun qarşısını almaq üçün heç bir addım atılmır. Qanunlar bu şəxslərin fəaliyyətini açıq şəkildə qağadan edir. Lakin Səhiyyə Nazirliyi onların qarşısını almaq üçün heç bir addım atmır, işini sorğulara cavab verməklə bitmiş hesab edir. Əslində isə nazirlik bu kimi fəaliyyətlərə qarşı mübarizə aparmalı, onları müəyyənləşdirərək, müvafiq qurumlara məlumat verməli, qanunun tələblərini yerinə yetirməlidir. Görünən odur ki, bu məsələdə həvəsli deyillər və bununla da növbəti faciələrin əsasını qoyurlar.

image-img_4955

Bu arada, qeyd edək ki, Nigar Rüfət estetik cərrahlar üçün oktyabrın 26-da “The art of Facial Harmony” adlı master-klass keçirəcək. Bir sözlə heç bir tibbi təhsili və sertifikatsiyası olmayan Nigar xanım həkimlərə dərs deyəcək.
Məlumat üçün bildirək ki, Nigar Rüfətin diplomunun saxta olması ilə bağlı iddialar da var. Onun bioqrafiyasında 2007-2012-ci illərdə Bakı Dövlət Universitetinin Hüquq fakültəsində təhsil aldığını göstərilib. Daha sonra isə Kiev Dövlət Dizayn və Texnologiya Universitetində Farmakalogiya ixtisası üzrə təhsil aldığı qeyd edilib. Hüquqşünas təhsili aldıqdan sonra əczaçı olmaq fikrinə düşən Nigar Rüfətin təhsil aldığı ali məktəb daha çox maşınqayırma sahəsi üzrə mütəxəssislər yetişdirməsi ilə tanınır və univeristetin farmakalogiya ixtisasında sənaye və istehsalatda çalışmaq üçün mütəxəssislər hazırladığı deyilir.
Əvvəlki yazı

Ramiz Mehdiyevin kürəkəninin lüks avtomobil kolleksiyası - FOTOLAR

Növbəti yazı

"Elmed" klinikasında xəstə ifliclə üz-üzə qaldı - Həkim "yod çək, keçəcək" dedi

Bənzər Xəbərlər

Tanınmış iş adamına ağır itki
Sosial

Tanınmış iş adamına ağır itki

10.Apr.26 /16:56
Xırdalanda yaşayanlara ŞAD XƏBƏR
Sosial

Xırdalanda yaşayanlara ŞAD XƏBƏR

10.Apr.26 /16:08
Deputat: Nikahda narkotik müayinəsi də tələb olunsun
Sosial

Deputat: Nikahda narkotik müayinəsi də tələb olunsun

10.Apr.26 /16:06
Ata Abdullayev QƏZAYA DÜŞDÜ – VİDEO
Sosial

Ata Abdullayev QƏZAYA DÜŞDÜ – VİDEO

10.Apr.26 /16:04
İşə qəbulda yeni tələb: Bu sənəd də olmalıdır
Sosial

İşə qəbulda yeni tələb: Bu sənəd də olmalıdır

10.Apr.26 /15:34
Bu tarixdə intensiv yağış yağacaq - Dolu düşəcək
Sosial

Bu tarixdə intensiv yağış yağacaq - Dolu düşəcək

10.Apr.26 /15:32
Deputat TƏBİB-i sərt tənqid etdi: “Cinayət törədənlərə yüksək vəzifə verilir”
Sosial

Deputat TƏBİB-i sərt tənqid etdi: “Cinayət törədənlərə yüksək vəzifə verilir”

10.Apr.26 /15:29
Maaşlar artıq belə ÖDƏNİLƏCƏK
Sosial

Maaşlar artıq belə ÖDƏNİLƏCƏK

10.Apr.26 /15:27
Vüqar Oruc: Palata qiymətləndiriciləri seçim qarşısında qoyur - ya biz, ya AQC
İqtisadiyyat

Vüqar Oruc: Palata qiymətləndiriciləri seçim qarşısında qoyur - ya biz, ya AQC

10.Apr.26 /15:23

XƏBƏR LENTİ

Tanınmış iş adamına ağır itki

Tanınmış iş adamına ağır itki

10 Aprel, 26 / 16:56
Xırdalanda yaşayanlara ŞAD XƏBƏR

Xırdalanda yaşayanlara ŞAD XƏBƏR

10 Aprel, 26 / 16:08
Deputat: Nikahda narkotik müayinəsi də tələb olunsun

Deputat: Nikahda narkotik müayinəsi də tələb olunsun

10 Aprel, 26 / 16:06
Ata Abdullayev QƏZAYA DÜŞDÜ – VİDEO

Ata Abdullayev QƏZAYA DÜŞDÜ – VİDEO

10 Aprel, 26 / 16:04
İşə qəbulda yeni tələb: Bu sənəd də olmalıdır

İşə qəbulda yeni tələb: Bu sənəd də olmalıdır

10 Aprel, 26 / 15:34
Bu tarixdə intensiv yağış yağacaq - Dolu düşəcək

Bu tarixdə intensiv yağış yağacaq - Dolu düşəcək

10 Aprel, 26 / 15:32
Deputat TƏBİB-i sərt tənqid etdi: “Cinayət törədənlərə yüksək vəzifə verilir”

Deputat TƏBİB-i sərt tənqid etdi: “Cinayət törədənlərə yüksək vəzifə verilir”

10 Aprel, 26 / 15:29
Maaşlar artıq belə ÖDƏNİLƏCƏK

Maaşlar artıq belə ÖDƏNİLƏCƏK

10 Aprel, 26 / 15:27
Vüqar Oruc: Palata qiymətləndiriciləri seçim qarşısında qoyur - ya biz, ya AQC

Vüqar Oruc: Palata qiymətləndiriciləri seçim qarşısında qoyur - ya biz, ya AQC

10 Aprel, 26 / 15:23
Prezident bu şəxsləri təltif etdi

Prezident bu şəxsləri təltif etdi

10 Aprel, 26 / 15:21
Facebook Twitter Telegram Instagram Youtube TikTok RSS
Adı: MİKAYIL MİRZƏ-ZADƏ RAUF OĞLU
VÖEN:1009271752
Domain adının sahibi: MİKAYIL MİRZƏ-ZADƏ RAUF OĞLU
Baş Redaktor: MİKAYIL MİRZƏ-ZADƏ RAUF OĞLU
Ünvan: Bakı şəhəri Yasamal Rayonu, Həsən Bəy Zərdabi 78E
Tel: 051-660-21-27
E-mail: medialiveaz@mail.ru

© 2025 Medialive.az - Xəbər Portalı.

No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Hadisə
  • İqtisadiyyat
  • Kriminal
  • Mədəniyyət
  • İdman
  • İlham Əliyev
  • Digər
    • Deputatlar
    • Maqazin
    • İKT
    • Maraqlı
    • Hərbi
    • Media
    • Parlament
    • Region
    • Sağlamlıq
    • Sosial
    • Süni intellekt
    • Texnologiya
    • Turizm

© 2025 Medialive.az - Xəbər Portalı.