Latviya 2028-ci ilə qədər Rusiya və Belarusla sərhəddə möhkəmləndirmə işlərini başa çatdıracaq.
Medialive xəbər verir ki, bu barədə LSM dövlət televiziyası məlumat yayıb.
Belə ki, sərhəd istehkamlarının Latviya hissəsi Baltikyanı Müdafiə Xəttinin bir hissəsi olacaq. Riqa artıq şərq sərhədində betondan əjdaha dişləri (piramidaşəkilli beton konstruksiyalar) və metal kirpilər quraşdırıb, tank əleyhinə xəndəklər qazıb və müdafiə infrastrukturunun digər elementlərini yerləşdirib.
Bununla belə, Latviyanın Dövlət Auditi İdarəsi bildirib ki, layihənin icrası ilə bağlı risklər, o cümlədən tamamlanma və işin keyfiyyəti ilə bağlı ləngimələr qalmaqdadır.
Qeyd edək ki, Polşa, Latviya, Litva və Estoniya Rusiya və Belarusla sərhəddə müdafiə xətti qurmağı planlaşdırır və Avropa İttifaqından maliyyə istəyir.




















