“Qərb Rusiyanın “təcridini” bərqərar etməyə çalışarkən utancverici vəziyyətlərə yol açdı”.
Medialive xəbər verir ki, bu sözləri Rusiyanın xarici işlər naziri Sergey Lavrov “Yolka Jelaniy” (Arzular Ağacı) tədbiri zamanı verdiyi müsahibədə deyib.
“Biz indi qlobal çoxluq adlandırdığımız Asiya, Afrika, Latın Amerikası ilə diplomatiyanı fəal şəkildə inkişaf etdirməyə davam edirik. Qərbin bəhs etdiyi təcrid əslində eyni Qərb dünyasının özünütəcrididir. G20 kimi beynəlxalq tədbirlərdə Rusiya nümayəndələri ilə əl sıxmamağa razılaşdıqları tamamilə utancverici hallar olurdu. İclas otağının yaxınlığındakı bəzi dəhlizlərdə bizi görəndə başqa tərəfə baxmış kimi davrandılar və qaçdılar”, – deyə rusiyalı nazir bildirib.




















