Litva Belarusla sərhədini bağlamaqda maraqlı deyil.
Medialive xəbər verir ki, bunu LRT telekanalında qonaq olarkən Litvanın milli təhlükəsizlik üzrə müşaviri Deividas Matulionis deyib.
Müşavir xatırladıb ki, sərhəd oktyabrın 29-da Belarusdan siqaret yüklü balonların kütləvi şəkildə buraxılması səbəbindən bağlanıb və bu, mülki aviasiya təhlükəsizliyini təhdid edib və Litvanın beynəlxalq hava limanlarını bağlamağa məcbur olub.
Qeyd edək ki, Litva və Belarus nümayəndələri sərhədlərin tənzimlənməsinə dair texniki səviyyədə danışıqlar aparmağı planlaşdırırdılar.




















