Litva hökuməti Belarusla Medininkay və Şalçinkay sərhəd-keçid məntəqələrini bir ay müddətinə bağlamaq qərarına gəlib.
Medialive xəbər verir ki, bu barədə LRT məlumat yayıb.
Bildirilib ki, Medininkay istisnalarla qismən fəaliyyətini davam etdirəcək, Şalçininkay sərhəd-keçid məntəqəsi isə tamamilə bağlanacaq.
Məhdudiyyətlər bu gündən noyabrın 30-da gecə yarısına qədər qüvvədə olacaq.




















