Litvanın Belarusla sərhədini bağlamaq qərarından sonra Polşa bu ölkə ilə sərhəd keçidlərinin açılmasını təxirə salmaq qərarına gəlib.
Medialive xəbər verir ki, bu barədə Litvanın baş nazirinin bəyanatını LRT telekanalı yayıb.
Baş nazir Polşanın baş naziri Donald Tusk ilə Belarus məsələsini müzakirə etdiyini bildirib.
“Bu, çox təfərrüatlı, hərtərəfli söhbət oldu və biz qərara gəldik ki, Polşanın baş naziri sərhədlərin açılmasını təxirə salsın. Bu o deməkdir ki, biz hərəkətlərimizi əlaqələndiririk və bu gün üçün həm Polşada, həm də Litvada sərhədlər bağlanacaq”, – o qeyd edib.
Oktyabrın 28-də Tusk bildirib ki, Polşa noyabrda Belarusla daha iki sərhəd keçidini açmağa hazır olacaq.
Varşava 2021-ci il noyabrın 9-dan bağlanmış Kuznitsa və 2023-cü il fevralın 10-dan bağlanan Bobrowniki sərhəd keçid məntəqəsini yenidən açmaq niyyətində idi.




















