Məhkəmə keçmiş Britaniya əsgəri Pol Doylu çempionat paradı zamanı “Liverpul” azarkeşlərinin izdihamına maşın sürdüyünə görə 21 il müddətinə azadlıqdan məhrum edib.
Medialive xəbər verir ki, bu barədə hakim Endryu Menari hökmü oxuyub.
Mayın 26-sı axşamı Liverpulun mərkəzində Ford Galaxy Titanium markalı avtomobil yerli futbol klubunun 20-ci İngiltərə Premyer Liqası titulunu qeyd etmək üçün keçirilən çempionluq paradında iştirak edən insanların üzərinə sürüb. Maşını idarə edən Doyl hadisə yerində həbs edilib.
Hadisə nəticəsində 134 nəfərdən çox insan xəsarət alıb. Onlarla insan xəstəxanaya yerləşdirilib.
Prokurorluğun məlumatına görə, Doyl qəzəb içində maşınını izdihamın içinə sürüb. Lakin qan analizləri onun narkotik sərxoşluğu ilə bağlı ilkin şübhələrə baxmayaraq ayıq olduğunu göstərib.




















