Belarus Prezidenti Aleksandr Lukaşenko qarşıdan gələn böyük işgüzar səfərini və amerikalılarla danışıqlar aparacağını açıqlayıb.
Medialive xəbər verir ki, bu barədə liderin mətbuat xidmətinə yaxın olan “Pool Pervy” Telegram kanalı məlumat yayıb.
Kanalın məlumatına görə, prezident bu barədə administrasiya rəhbəri Dmitri Krutoyla görüşündə müvafiq bəyanatla çıxış edib.




















