CANLI
Sosial

Məktəbdə kütləvi zəhərlənmə, 13 nəfər xəstəxanaya yerləşdirildi

Salyan rayonunda məktəbdə kütləvi zəhərlənmə hadisəsi olub, 13 nəfər xəstəxanaya yerləşdirilib.

Medialive.az Report-a istinadən xəbər verir ki, hadisə Yuxarı Noxudlu kəndində yerləşən məktəbdə qeydə alınıb.

İlkin məlumata görə, 11 şagird və 2 xadimə odun sobasından ayrılan tüstüdən zəhərlənmə şübhəsi ilə Salyan Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.