• HAQQIMIZDA
  • ƏLAQƏ
  • MEDİA KODEKSİ
Medialive.az
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Hadisə
  • İqtisadiyyat
  • Kriminal
  • Mədəniyyət
  • İdman
  • İlham Əliyev
  • Digər
    • Deputatlar
    • Maqazin
    • İKT
    • Maraqlı
    • Hərbi
    • Media
    • Parlament
    • Region
    • Sağlamlıq
    • Sosial
    • Süni intellekt
    • Texnologiya
    • Turizm
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Hadisə
  • İqtisadiyyat
  • Kriminal
  • Mədəniyyət
  • İdman
  • İlham Əliyev
  • Digər
    • Deputatlar
    • Maqazin
    • İKT
    • Maraqlı
    • Hərbi
    • Media
    • Parlament
    • Region
    • Sağlamlıq
    • Sosial
    • Süni intellekt
    • Texnologiya
    • Turizm
No Result
View All Result
Medialive.az
No Result
View All Result
Ana Səhifə Sosial

Mənzil almaq istəyənlərin NƏZƏRİNƏ: İpoteka imkanları genişlənir

03 Mart, 26 / 17:11
A A
Mənzil almaq istəyənlərin NƏZƏRİNƏ: İpoteka imkanları genişlənir

İpoteka və Kredit Zəmanət Fondu (İKZF) ipoteka kreditlərini davam etdirmək məqsədilə banklara, o cümlədən güzəştli ipoteka kreditlərinə limitlər ayırıb. 2025-ci ildə Fond vasitəsilə 443 milyon manat kredit verilib ki, bu da 2024-cü illə müqayisədə 0,7% artım deməkdir.

2026-cı ildə mənzil sahibi olmaq istəyənlər adi ipoteka kreditləri üçün 5 mart saat 11:00-dan, güzəştli ipoteka kreditləri üçün isə 6 mart saat 11:00-dan etibarən müraciət edə biləcəklər.

Milli Məclisin deputatı Vüqar Bayramov News24.az-a açıqlamasında xatırladıb ki, 2026-cı ildə dövlət büdcəsindən ipotekanın maliyyələşdirilməsinə 100 milyon manat vəsaitin ayrılması nəzərdə tutulur:

“Bu, xüsusilə sosial istiqamət üzrə daha çox kreditin təklif edilməsi anlamına gəlir. Nəzərə alsaq ki, hazırda həm adi, həm də sosial ipoteka kreditləri təklif olunur, ayrılan büdcə vəsaiti sosial ipoteka kreditlərinin həcminə müsbət təsir göstərəcək və daha çox vətəndaşın bu kreditlərdən yararlanmasına imkan yaradacaq.

Bu çərçivədə ipoteka kreditlərinin həcminin artırılması, eləcə də həm adi, həm də sosial ipoteka üzrə şərtlərin daha da yüngülləşdirilməsi əsas istiqamətlərdən biridir. Xüsusilə adi ipoteka kreditləri üzrə faiz dərəcələrinin aşağı salınması müraciət imkanlarının genişlənməsinə və kreditlərə tələbin artmasına səbəb ola bilər”.

Deputat həmçinin əmlak bazarındakı vəziyyətə də aydınlıq gətirib:

“Əmlak bazarında qiymət artımları müşahidə olunmaqdadır. Xüsusilə 2022 və 2023-cü illərdə qiymət artımları daha qabarıq şəkildə hiss edilmişdi. Bu artımlar ipoteka kreditlərinin məbləğinə və ümumilikdə kreditləşməyə təsir göstərir. Bununla yanaşı, gənc ailələrin kreditə çıxış imkanlarının artırılması və sosial ipoteka proqramının əhatə dairəsinin genişləndirilməsi də vacib məsələlərdəndir.

Hazırkı şəraitdə əmlak bazarında qiymət artımlarının davam edəcəyi gözlənilir. Lakin 2022–2023-cü illərlə müqayisədə artım tempinin nisbətən səngiyəcəyi proqnozlaşdırılır. Çünki həmin dövrdə regionda baş verən hadisələr, xüsusilə Rusiya-Ukrayna müharibəsi əmlak bazarına ciddi təsir göstərmişdi.

Növbəti mərhələdə isə həm daxili, həm də regional amillər bazara təsir etməyə davam edəcək. İpoteka mexanizminin mütəmadi şəkildə genişləndirilməsi tələbi artırsa da, bu artımın qiymətlərə təsiri birbaşa və kəskin olmur.

Ümumilikdə, ipoteka imkanlarının əlçatanlığının genişləndirilməsi prioritet olaraq qalır”.

Əvvəlki yazı

Prezidentin yüksək vəzifəyə təyin etdiyi gənc kimin oğludur? - DOSYE

Növbəti yazı

Sabahın havası ilə bağlı XƏBƏRDARLIQ

Bənzər Xəbərlər

Kadir İnanır vəfat etdi
Dünya

Kadir İnanır vəfat etdi

26.İyn.26 /19:53
Sabah yağış yağacaq, dolu düşəcək
Sosial

Sabah yağış yağacaq, dolu düşəcək

26.İyn.26 /14:04
Məhkəmə AzTV-nin keçmiş sədrinin qardaşı oğlu ilə bağlı qərar verdi
Sosial

Məhkəmə AzTV-nin keçmiş sədrinin qardaşı oğlu ilə bağlı qərar verdi

26.İyn.26 /13:37
Azərbaycanda dilənçilərlə bağlı QAYDALAR SƏRTLƏŞİR - 10 günədək həbs...
Sosial

Azərbaycanda dilənçilərlə bağlı QAYDALAR SƏRTLƏŞİR - 10 günədək həbs...

26.İyn.26 /13:32
Azərbaycanda bu məşhur bazar sökülür - RƏSMİ
Sosial

Azərbaycanda bu məşhur bazar sökülür - RƏSMİ

26.İyn.26 /13:14
Nilufər Abdulla vəfat etdi 
Sosial

Nilufər Abdulla vəfat etdi 

26.İyn.26 /13:08
Səkkiz gün əvvəl qızıl medal qazanan cüdoçumuz dünyasını dəyişdi
İdman

Səkkiz gün əvvəl qızıl medal qazanan cüdoçumuz dünyasını dəyişdi

26.İyn.26 /12:57
“Azəriqaz”da ixtisarlar başladı: Azər Məmmədovdan idarələrə tapşırıq
Sosial

“Azəriqaz”da ixtisarlar başladı: Azər Məmmədovdan idarələrə tapşırıq

26.İyn.26 /12:43
Nazir Mirzə Mirzəyevi yüksək vəzifəyə təyin etdi - DOSYE
Sosial

Nazir Mirzə Mirzəyevi yüksək vəzifəyə təyin etdi - DOSYE

26.İyn.26 /12:39

XƏBƏR LENTİ

Kadir İnanır vəfat etdi

Kadir İnanır vəfat etdi

26 İyun, 26 / 19:53
Sabah yağış yağacaq, dolu düşəcək

Sabah yağış yağacaq, dolu düşəcək

26 İyun, 26 / 14:04
Məhkəmə AzTV-nin keçmiş sədrinin qardaşı oğlu ilə bağlı qərar verdi

Məhkəmə AzTV-nin keçmiş sədrinin qardaşı oğlu ilə bağlı qərar verdi

26 İyun, 26 / 13:37
Azərbaycanda dilənçilərlə bağlı QAYDALAR SƏRTLƏŞİR - 10 günədək həbs...

Azərbaycanda dilənçilərlə bağlı QAYDALAR SƏRTLƏŞİR - 10 günədək həbs...

26 İyun, 26 / 13:32
Azərbaycanda bu məşhur bazar sökülür - RƏSMİ

Azərbaycanda bu məşhur bazar sökülür - RƏSMİ

26 İyun, 26 / 13:14
Nilufər Abdulla vəfat etdi 

Nilufər Abdulla vəfat etdi 

26 İyun, 26 / 13:08
Səkkiz gün əvvəl qızıl medal qazanan cüdoçumuz dünyasını dəyişdi

Səkkiz gün əvvəl qızıl medal qazanan cüdoçumuz dünyasını dəyişdi

26 İyun, 26 / 12:57
“Azəriqaz”da ixtisarlar başladı: Azər Məmmədovdan idarələrə tapşırıq

“Azəriqaz”da ixtisarlar başladı: Azər Məmmədovdan idarələrə tapşırıq

26 İyun, 26 / 12:43
Nazir Mirzə Mirzəyevi yüksək vəzifəyə təyin etdi - DOSYE

Nazir Mirzə Mirzəyevi yüksək vəzifəyə təyin etdi - DOSYE

26 İyun, 26 / 12:39
Vətən müharibəsi iştirakçısı vəfat etdi

Vətən müharibəsi iştirakçısı vəfat etdi

26 İyun, 26 / 12:19
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • MEDİA KODEKSİ

© 2026 Medialive.az - Xəbər Portalı.

No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Hadisə
  • İqtisadiyyat
  • Kriminal
  • Mədəniyyət
  • İdman
  • İlham Əliyev
  • Digər
    • Deputatlar
    • Maqazin
    • İKT
    • Maraqlı
    • Hərbi
    • Media
    • Parlament
    • Region
    • Sağlamlıq
    • Sosial
    • Süni intellekt
    • Texnologiya
    • Turizm

© 2026 Medialive.az - Xəbər Portalı.