Məşhur amerikalı aktrisa Elizabet Olsen geyim əvəzinə gözəlliyə pul xərcləməsinin səbəbini açıqlayıb.
Medialive xarici mediaya istinadən xəbər verir ki, aktrisa bu barədə “InStyle Magazine” verilişinə müsahibə verib.
“WandaVision” serialının 36 yaşlı ulduzu gələcəkdə radikal prosedurlardan qaçmaq üçün xarici görünüşünə investisiya qoymağa üstünlük verdiyini bildirib.
“Pul xərcləyirəm, amma paltara yox, dəriyə qulluq və lazerlərə. Üzümə çılğın bir şey etmək istəmirəm, ona görə də onun elastikliyinə diqqət yetirirəm” – deyə aktrisa bildirib.
Sənətçi başqa şeylərə də pul xərcləməyi sevdiyini də bölüşüb:
“Mən yemək və ev əşyaları almağı sevirəm. Yataq dəstləri. Çoxlu kiçik masalar alıram…”.




















