20 yaşlı məşhur rusiyalı müğənni Vanya Dmitrienko hərbi xidmətə hazır olması ilə bağlı jurnalistlərin suallarını cavablandırmaqdan yayınıb.
Medialive bu barədə Mash teleqram kanalına istinadən xəbər verir.
Jurnalist Dmitrienkodan hərbi möhlətinin sona çatmasından narahat olub-olmadığını soruşub. Müğənni suala cavab verməkdən imtina edib.
Müğənni Moskva universitetlərindən birində kinorejissor olmaq üçün təhsil alır, lakin sinif yoldaşlarının dediyinə görə, dərslərə nadir hallarda gəlir.




















