Amerikalı reper Key Flok atışma və reketçilikdə günahlandırılaraq 30 il həbs edilib.
Medialive xəbər verir ki, bu barədə ABC News məlumat yayıb.
Məlumata görə, reper 2018-ci ildən 2021-ci ilə qədər rəqib dəstələrlə dəfələrlə atışmalarda iştirak edən dəstəyə rəhbərlik etdiyinə görə həbs cəzasına məhkum edilib.
Nəticədə bir neçə nəfər yaralanıb. Key Flok həmçinin reketçilik və qətl cəhdində günahkar bilinib.
Reper dəyişdiyini və səhvlərini etiraf etdiyini israr edib, lakin hökm çıxaran hakim həqiqi peşmançılıq görmədiyini bildirib.
O qeyd edib ki, təqsirləndirilən şəxs mahnılarında dəfələrlə zorakılığı təbliğ edib və bununla da cəmiyyətə böyük ziyan vurub.
Qeyd edək ki, Key Flok 2021-ci ilin noyabrında Billboard tərəfindən ayın ən yaxşı sənətçisi seçilib.
O, populyarlığının zirvəsinə 2022-ci ildə hip-hop/rep sənətçisi Cardi Broun ilə birlikdə ifa etdiyi “Shake It” hitinin çıxmasından sonra çatıb.




















