“TikTok”da “Dolie” ləqəbi ilə tanınan məşhur tiktoker vəfat edib.
Medialive.az xəbər verir ki, onun sosial şəbəkə hesabında yayımlanan paylaşımda psixi sağlamlıq problemləri ilə mübarizədən sonra dünyasını dəyişdiyi bildirilib.
Tiktokerin sosial şəbəkədə 164 mindən çox izləyicisi və 21 milyondan artıq bəyənməsi olub.
O, qısa formatlı videolarında yumor və pop-mədəniyyət analizini birləşdirib, tez-tez trend mövzulara və Yung Miami, Cardi B kimi sənətçilərə reaksiya verib, həmçinin internet fenomeni “Funny Marco”nun videolarından fraqmentlər paylaşıb.
Fevralın 17–18-i aralığında isə “TikTok” hesabında mətn formasında mesaj yayımlanıb. Paylaşımda ““Doliestv”nin “psixi sağlamlıq problemləri ilə mübarizədən sonra vəfat etdiyi” bildirilib.
Yazının hazırlandığı vaxta qədər ailə üzvləri və ya rəsmi qurumlar tərəfindən ölüm səbəbi təsdiqlənməyib və əlavə açıqlama verilməyib.





















