Türkiyəli sabiq futbolçu, idman şərhçisi Sinan Engin təəccüblü açıqlama verib.
Medialive Türkiyə mediasına istinadən xəbər verir ki, keçmiş futbolçu bu barədə Arda Turanın həyat yoldaşı Aslıhan Doğan Turanın suallarını cavablandırarkən danışıb.
Engin 14 ildir “Beyaz Futbol”la birlikdə olduğunu və indi vidalaşmaq qərarına gəldiyini bildirib.
Qeyd edək ki, şərhçi 1982-1989-cu illərdə “Beşiktaş”da forma geyinib.




















