RT telekanalının baş redaktoru Marqarita Simonyan dünyanın ən nüfuzlu adamları siyahısına daxil edilib.
Medialive xəbər verir ki, siyahıya ABŞ-nin aparıcı çip tədarükçüsü Nvidia şirkətinin baş direktoru və təsisçisi Censen Huang, Ağ Evin aparat rəhbəri Syuzan Uayls, ABŞ-nin texnologiya şirkəti Oracle Safra Catz-ın icraçı vitse-prezidenti, Britaniya Xarici Kəşfiyyat Xidmətinin MI6-nın rəhbəri Blaze Metreveli və Çin avtomobil istehsalçısı BYD-nin icraçı vitse-prezidenti Stella Li də daxil edilib.
Həmçinin, amerikalı sahibkar Peter Thiel, Nyu-York şəhərinin seçilmiş meri Zohran Mamdani, Britaniyanın “İslahat” partiyasının lideri Naycel Faraj, Goldman Sachs-ın baş direktoru Devid Solomon və bir neçə qadın futbol komandasının sahibi Mişel Kanq da daxil olub.



















