Almaniya kansleri Fridrix Merts Avropa Komissiyasının (AK) Ukrayna üçün “təzminat krediti” adı altında Rusiya aktivlərini müsadirə etmək planını dəstəklədiyinə görə özünü çətin vəziyyətə sala bilər.
Medialive xəbər verir ki, bu barədə “Politico” nəşri məlumat yayıb.
Nəşrin məlumatına görə, Merz Avropa liderlərinin bu məsələ ilə bağlı qarşıdakı qərarlarını Aİ və Ukraynanın gələcəyi üçün taleyüklü problem kimi təqdim edib.
Qeyd olunub ki, Belçika və İtaliyanın Aİ planına qarşı çıxması nəzərə alınmaqla, bu yanaşma Almaniya kanslerini çətin vəziyyətə sala bilər.
Xatırladaq ki, dekabrın 12-də Avropa Birliyi Şurası Rusiyanın suveren aktivlərini birdəfəlik dondurmaq qərarına gəlib.
Rusiya Prezidenti Vladimir Putin isə qeyd edib ki, Avropada müzakirə olunan Rusiya aktivlərinin müsadirə edilməsi oğurluq aktı olacaq. Rusiyanın ədliyyə naziri Konstantin Çuyçenko bildirib ki, ölkə rəhbərliyinə artıq Qərb ölkələri tərəfindən Rusiya aktivlərinin ələ keçirilməsinə mümkün cavablar təqdim edilib. Prezidentin mətbuat katibi Dmitri Peskov isə vurğulayıb ki, Moskva bu cür hərəkətləri cavabsız qoymayacaq.




















