Almaniya Nazirlər Kabineti kansler Fridrix Merzin Ukrayna ilə bağlı telefon danışıqları aparacağını təsdiqləyib.
Medialive xəbər verir ki, bunu Berlində jurnalistlərə açıqlamasında hökumət sözçüsü Stefan Kornelius deyib.
“Bu səhər öyrəndiyiniz kimi, kansler Ukraynadakı vəziyyətlə bağlı bağlı qapılar arxasında danışıqlar və telefon danışıqları aparacaq” – deyə Kornelius əlavə edib.
“Həmişə olduğu kimi, baş vermiş və ya baş tutacaq telefon danışıqları ilə bağlı məlumatlar onlar yekunlaşdıqdan sonra açıqlanacaq. Bu, həmişə yalnız danışıqlar aparan tərəflərin razılığı ilə baş verir. Əgər elan edəcəyim bir şey varsa, bunu edəcəm”, – Kornelius deyib.
Qeyd edək ki, Merzin telefon danışığı barədə “Bild” qəzeti mənbələrə istinadən məlumat yayıb.
Merzin bu günə planlaşdırılan tədbirləri ləğv etdiyini və Donald Tramp, Volodimir Zelenski də daxil olmaqla Ukraynadakı münaqişənin həlli ilə bağlı təcili telefon danışıqları aparacağını bildirib.




















